Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

A- A A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2026-2027-ci tədris ili üzrə qeydiyyat və məktəb seçimi prosesi davam edir.

Bu barədə NUHÇIXAN-a İdarədən bildirilib. Qeyd olunub ki, valideynlər övladlarının qeydiyyatını mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirə bilərlər. Onlar yalnız 2021-ci il təvəllüdlü (cari ildə 5 yaşı tamam olan) uşaqlar üçün müraciət edə bilərlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: