2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev “2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı

tədbirlər haqqında” Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən, 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Müsabiqənin Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: