Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

A- A A+

Respublika fənn olimpiadalarında iştirak etmək istəyən şagirdlərin elektron qeydiyyatı davam edir.

Bu barədə NUHÇIXAN-a Təhsil İnstitutundan məlumat verilib. Bildiirlib ki, qeydiyyat prosesi noyabrın 18-də saat 15:00-da başa çatacaq.

Noyabrın 3-də saat 15:00-da başlanmış qeydiyyat üçün şagirdlər “portal.edu.az” platformasına daxil olaraq “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən yararlana bilərlər.

VIII-XI sinif şagirdlərinin iştirak etdiyi respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla, səkkiz fənn üzrə təşkil olunur.

Bu il yenilik olaraq, Azərbaycan və rus bölmələri ilə yanaşı, ingilis bölməsi üzrə təhsil alan şagirdlər də olimpiadada iştirak üçün qeydiyyatdan keçə biləcəklər. Tədris dilindən asılı olmayaraq, bütün iştirakçılara imtahanda Azərbaycan, rus və ya ingilis dillərindən birini seçmək imkanı yaradılır.

Olimpiadaların keçirilməsində əsas məqsəd ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək, onların potensialının inkişafına dəstək göstərmək, özünəinam hissini gücləndirmək, eləcə də ixtisas və peşə seçiminə hazırlıqlarına zəmin yaratmaqdır.

Qeydiyyat prosesi ilə bağlı hər hansı sual və ya çətinlik yaranarsa, MÜTDA-nın 146-2 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: