Alimlərin yeni ixtirası neft hasilatını 3 dəfə artırır - FOTOLAR

A- A A+

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun alimlərinin yaratdığı polimer kompozisiya neft quyusunda hasilatı 3 dəfə artırıb.

Bu barədə NUHÇIXAN-a institutdan məlumat verilib.

Keçid metal kompleksləri və klatrat materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Qüdrət Əliyevanın rəhbərliyi ilə alimlər tərəfindən sintez edilən nanoquruluşlu koordinasion polimerəsaslı kompozit “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) “Zağlı-Zeyvə” sahəsində yerləşən neft quyusunda uğurla sınaqdan keçirilib. Bu barədə məlumat verən Kimya İnstitutunun direktoru professor Əfsun Sucayev bildirib ki, cari ilin oktyabr ayında aparılan istehsalat sınaqları müsbət nəticə verib. Sınaqların yekunlarına əsasən, “Siyəzənneft” NQÇİ tərəfindən instituta müsbət rəy əks olunan akt təqdim edilib. Sınaq prosesində müəyyən texniki çətinliklər yaransa da, onlar operativ şəkildə aradan qaldırılıb və proses uğurla başa çatdırılıb.

Direktorun sözlərinə görə, kompozitin tətbiqindən əvvəl neft quyusu fasiləli istismar rejimində işləyib və orta sutkalıq neft hasilatı 0,2 ton təşkil edib. Sınaqdan sonra aparılan ölçmələr nəticəsində bu göstəricinin 0,6 tona yüksəldiyi müəyyən olunub. Beləliklə, institut alimlərinin sintez etdiyi polimer kompozitin tətbiqindən sonra quyunun sutkalıq neft hasilatı 3 dəfə artaraq 0,6 tona çatıb. Hasilatda mütləq artım isə sutkada 0,4 ton təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: