İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır

A- A A+

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır. Müsahibələrə oktyabrın 12-dən noyabrın 10-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçmiş 440 namizəd dəvət olunacaq.

Bu barədə NUHÇIXAN-a DİM-dən məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr dekabrın 1-dən etibarən DİM-in inzabati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq. Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.

Müsahibəyə gələrkən aşağıdakı sənədlər təqdim edilməlidir:

• Şəxsiyyət vəsiqəsi və surəti;

• “Buraxılış rejimini aparan əməkdaşın anketi” (“dim.gov.az” saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);

• İş yerindən arayış (iş yeri olduğu halda);

• Anketində qeyd etdiyi bank rekvizitləri (Rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);

• Ali və ya orta ixtisas təhsil haqqında sənədin əsli və surəti;

• Məhkumluğun olmamasına dair arayış (“myGov” portalından çap və ya “Asan xidmət” mərkəzlərindən ödənişsiz əldə edilə bilər);

Qeyd: Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və məlumatlarda hər-hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.

Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq.

Müsahibə və təlimlər ödənişsizdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: