Nazir: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq

A- A A+

2030-cu ilədək hər il 25 min nəfərin peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.

NUHÇIXAN  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə hazırlığı sahəsində əsas fəaliyyət istiqamətlərindən biri əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanmasıdır. Artıq 1000-dən çox belə standart hazırlanaraq nazirliyin müvafiq reyestrinə daxil edilib. O bildirib ki, Dövlət Məşğulluq Agentliyi il ərzində 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparır. Hər il təxminən 18-20 min nəfər peşə hazırlığı proqramlarına cəlb olunur. Bu proqramlar çərçivəsində 130-dan çox peşə və ixtisas üzrə altı ayadək davam edən kurslar təşkil edilir.

Nazir qeyd edib ki, 2019-cu ildən peşə hazırlığında adambaşına maliyyələşmə mexanizminin tətbiqi özəl sektorla əməkdaşlıq imkanlarını genişləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: