Proqram sisteminin müşayiəti zamanı meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metod hazırlanıb

A- A A+

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi dosent Şəfəqət Mahmudovanın “Proqram sisteminin müşayiəti zamanı meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsi” (Development of a method for clustering errors that occur during software system maintenance) adlı məqaləsi “Springer Nature” akademik nəşriyyatı tərəfindən nəşr edilən “Soft Computing” jurnalında dərc olunub. Jurnal “Web of Science” (İF 2.5), “Scopus” (SJR: 0.656, CiteScore: 8.7) və s. elmi bazalarına daxildir.

NUHÇIXAN  xəbər verir ki, məqalədə proqram sisteminin əsas 8 səmərələlik göstəricisi olduğu qeyd edilib. Həmin göstəricilərdən biri də onun müşayiət edilməsidir. Burada əsas məqsəd zaman keçdikcə proqram sisteminin iş qabiliyyətini qoruyub saxlamaqdır. Proqram sisteminin müşayiət edilməsi və ona baxım xərcləri proqram sisteminin ümumi xərcinin 20-25 faizindən çoxunu təşkil edir. Tədqiqat çətçivəsində proqram sisteminin müşayiət edilməsi prosesi araşdırılmış, bu zaman meydana çıxan xətaların klasterləşdirilməsi üçün yeni metod işlənilib.

“Soft Computing” jurnalı təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qeyri-səlis sistemlərin riyazi modelləşdirilməsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir.

Jurnal, həmçinin “Springerlink”, DBLP, INSPEC, EBSCO host, “Science Citation Index”, “Compendex”, “Computer Science Index” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: