“Azercell”, “Bakcell”, “Nar” mobil şəbəkələrinin abunəçiləri Dövlət İmtahan Mərkəzinin (DİM) qısa mesaj (SMS) xidmətləri vasitəsilə müxtəlif məlumatları (imtahan nəticələri, müsabiqənin nəticələri və s.) əldə edə və “Şəxsi kabinet”də telefon nömrələrini təsdiqləyə bilirlər.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, Dövlət İmtahan Mərkəzi və “Naxtel” MMC arasında imzalanmış müqaviləyə əsasən, “Naxtel” mobil operatorunun abunəçiləri də qeyd olunan xidmətlərdən yararlana bilərlər.