AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, dosent Sevinc Vahabovanın “Azərbaycan orta əsr silahları (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” monoqrafiyası çapdan çıxıb.
Muzeydən NUHÇIXAN-a bildiriblər ki, kitabda Azərbaycanın bütün növ silahlarının təsnifatı, izahı, şəkilləri verilib, onların hazırlanma üsulları, istifadə qaydaları təhlil edilib. Monoqrafiya muzeyin silah kolleksiyası əsasında hazırlanıb. Bu kolleksiya maddi mədəniyyət nümunələri arasında mühüm yer tutur.
Xalqımızın qəhrəmanlıq keçmişini sübut edən əyani nümunələrdən biri silahlar və hərbi ləvazimatlardır. Silahlar öz varlığı ilə xalqın hərb tarixini və ənənələrini araşdırmağa imkan verən mühüm materiallardır.