NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Cahana sığmayan şair” mövzusunda elmi konfrans keçirilib.
Tarix-filologiya fakültəsində keçirilən tədbirdə dahi Azərbaycan şairi İmadəddin Nəsimin yaradıcılığında ədəbi-estetik və didaktik nümunələr, onun şeirlərindəki toponimlər və digər mövzularda çıxışlar olub. Qeyd edilib ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafında da böyük xidmətlər göstərib, poetik üslubun təkmilləşməsinə, duyum və deyim tərzinin cilalanmasına mühüm töhfələr verib.
Sonda fakültənin tələbələrinin şairin qəzəllərindən ibarət bədii qiraəti dinlənilib.
Səadət Əliyeva