Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının birinci nömrəsi çapdan çıxıb.
ATMU-dan NUHÇIXAN-a bildirilib ki, jurnalın yeni nömrəsindəki məqalələrdə Naxçıvan Muxtar Respublikasında turizm məkanlarının müasir inkişaf səviyyəsi, turizm sahəsinə yönəldilən investisiyaların səmərəliliyinin qiymətləndirilməsi, kənd turizmində fəal istirahətin təşkilinin əsas istiqamətləri, sosial-iqtisadi inkişafın modelləşdirilməsinə dair bəzi nəzəri fikirlər, xarici ticarətdə ixrac potensialının tənzimlənməsinin xüsusiyyətləri, müasir regional siyasətin həyata keçirilməsi şəraitində azad iqtisadi zonaların perspektivləri, XX əsrin sonlarında Balkan problemi – Yuqoslaviya Birliyinin parçalanması, XXI əsrin əvvəllərində ABŞ-Liviya münasibətlərinin səciyyəvi cəhətləri araşdırılıb və nəticələri təhlil edilib.
Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış olmaq mümkündür.