Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, iyunun 8-nə olan məlumata görə, 2-ci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin sayı (Azərbaycan bölməsi üzrə 253, rus bölməsi üzrə 30) 283 nəfərdir.
Namizədlərin 2-ci imtahana qeydiyyatı prosesi iyunun 10-da başa çatacaq. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmayacaq.