"Hökmdar" əsəri müzakirə olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki,AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstutundakı müzakirədə italyan yazıçısı Nikkolo Makiavellinin oxunması zəruri olan kitablar siyahısına daxil edilən əsəri barədə məlumat verilib.
Bildirilib ki, on beşinci əsrdə qələmə alınan, 26 fəsildən ibarət olan “Hökmdar” əsəri bütün dövrlərin və bütün xalqların siyasətçiləri üçün əsl dərs vəsaiti olub. Əsər dərin ideya və fikirlərə görə dünya mədəniyyət xəzinəsinə daxil edilib.
Makiavelli sözü gedən əsərdə səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edib. Kitabda müəllif eləcə də öz ordusu olmayan heç bir dövlətin güclü olmadığını da diqqətə çatdırıb.
Hafizə Əliyeva