Qırx mindən çox abituriyent ərizəsini təsdiqləyib

A- A A+

Yay qəbul imtahanlarına ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, iyunun 8-i saat 17.30-a olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 15538, II ixtisas qrupu üzrə 8299, III ixtisas qrupu üzrə 13081, IV ixtisas qrupu üzrə 3427 nəfər ərizəsini təsdiq edib. Beləliklə, 4 ixtisas qrupu üzrə ümumilikdə 40345 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ərizə qəbulu iyunun 12-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: