Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, iyunun 10-u saat 11.30-a olan məlumata görə, ümumilikdə 1113 nəfər (Azərbaycan bölməsi üzrə 986, rus bölməsi üzrə 127 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.