AMEA Botanika İnstitutunun alimləri Validə Əlizadə, Naibə Mehdiyeva, Vüqar Kərimov və Aida İbrahimovanın həmmüəllifliyi ilə Azərbaycanın zəngin bitki müxtəlifliyinə malik Böyük Qafqazın cənub-şərq hissəsinin unikal florasına həsr olunmuş (“Plants of the Greater Caucasus (Azerbaijan) kitab nəşr edilib.
NUHÇIXAN xəbər verir ki, kitabın redaktoru məşhur botanik, Almaniyanın Berlin Botanika Bağı və Botanika Muzeyinin direktoru, professor Tomas Borş nəşrə yazdığı ön sözdə bu əsərin həm Azərbaycan, həm də Qafqaz florası üçün müasir məlumatları əhatə edən ilk təqdimat olduğunu bildirib. Əsərdə 430 bitki növü haqqında iki dildə geniş məlumat və rəngli fotoşəkillər verilir, morfoloji təsvirlər və xüsusi rəngli işarələr bitkilərin təbiətdə axtarışı və təyinatı üçün imkan yaradır.
Respublikada biomüxtəlifliyin qorunmasına fundamental və maraqlı töhfə verən, çoxsaylı monitorinq və çöl tədqiqatı işlərinin nəticələrini əks etdirən kitab beynəlxalq əhəmiyyətli floristik mənbə kimi oxuculara təqdim olunur.