Babəkli uşaqlar qayğı ilə əhatə olunub - FOTOLAR

A- A A+

“1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə bağlı Babək rayonunda tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə dövlətimizin uşaqlara göstərdiyi qayğıdan danışılıb. Vurğulanıb ki, rayonda mövcud olan 36 ümumtəhsil məktəbinin 34-nün binası yeni inşa olunub və ya əsaslı yenidən qurulub, ən son avadanlıqlarla təchiz edilib.

Sonra 2017-2018-ci tədris ilində Babək rayonunda təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən şagirdlərə fəxri-fərmanlar və hədiyyələr təqdim olunub.

Sonda Babək rayon, Cəhri və Nehrəm kənd uşaq musiqi məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: