Üç mindən çox bakalavr ixtisaslaşma seçimi edib

A- A A+

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, iyunun 13-ü saat 12:50-yə olan məlumata görə, ümumilikdə 3483 nəfər (Azərbaycan bölməsi üzrə 3163, rus bölməsi üzrə 320) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib. İxtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.

“Magistr” jurnalının bu il nəşr olunan 4 nömrəli buraxılışında 42-ci səhifədə Bakı Ali Neft Məktəbinə qəbul üçün 248116 kodlu Biznesin idarə edilməsi (MBA proqramı üzrə) ixtisası Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ikili diplom proqramı olaraq göstərilib. Həmin ixtisas üzrə təhsil ingilis dilindədir və proqramı müvəffəqiyyətlə bitirən hər bir tələbəyə yekunda yalnız Bakı Ali Neft Məktəbinin diplomu verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: