Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyənlərin qeydiyyatı davam edir

A- A A+

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, elektron ərizələrin qəbulu internet vasitəsilə aparılır. İyunun 18-i saat 11:10-a olan məlumata görə, 857 subbakalavr qeydiyyatdan keçib. Onlardan 844 nəfərin ərizəsi təsdiqlənib.

Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd edilən tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: