Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır

A- A A+

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarına Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme), təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) və yüksək yerləşdirmə (Advanced Placement) aiddir.

Müsabiqədə iştirak etmək istəyənlər iyunun 19-dan iyulun 17-dək aşağıda qeyd edilən sənədləri Dövlət İmtahan Mərkəzinə (ünvan: Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M) və ya Mərkəzin regional bölmələrindən birinə təqdim etməlidirlər:

- “Abituriyentin elektron ərizəsi” nin surəti;

-Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əsli və surəti, həmçinin həmin sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi.

Qeyd: 1984-2001-ci il təvəllüdlü (2001-ci il iyulun 30-dək anadan olmuş) 35 yaşınadək çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər. Onlar “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar. Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas üzrə və hər tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə və keçid ballarının minimum və maksimum hədləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.

 

Sıra

№-si

İxtisaslar

Proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri

Beynəlxalq Bakalavriat Diplom Proqramı

 

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə)

 

Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə)

 

Beynəlxalq münasibətlər

28-35

C və ya B

3 və ya 4

 

Biologiya

26-30

C və ya B

3 və ya 4

 

Biotibbi texnologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Biznesin idarə edilməsi

26-30

C və ya B

3 və ya 4

 

Cihazqayırma mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Dövlət və bələdiyyə idarəetməsi

28-30

C və ya B

3 və ya 4

 

Dövlət və ictimai münasibətlər

28-35

C və ya B

3 və ya 4

 

Dünya iqtisadiyyatı

26-30

C və ya B

3 və ya 4

 

Ekologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Elektroenergetika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Fizika

26-30

C və ya B

3 və ya 4

 

Geofizika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

İnformasiya texnologiyaları

26-30

C və ya B

3 və ya 4

 

İnşaat mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

İqtisadiyyat

28-35

C və ya B

3 və ya 4

 

Jurnalistika

26-30

C və ya B

3 və ya 4

 

Kimya

26-30

C və ya B

3 və ya 4

 

Kimya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Kompüter elmləri

26-35

C və ya B

3 və ya 4

 

Kompüter mühəndisliyi

26-35

C və ya B

3 və ya 4

 

Maliyyə

26-30

C və ya B

3 və ya 4

 

Marketinq

26-30

C və ya B

3 və ya 4

 

Menecment

26-30

C və ya B

3 və ya 4

 

Metrologiya, standartlaşdırma və

sertifikasiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Mexanika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Mexatronika və robototexnika

mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Mühasibat uçotu və audit

26-30

C və ya B

3 və ya 4

 

Neft-qaz mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Politologiya

26-30

C və ya B

3 və ya 4

 

Proseslərin avtomatlaşdırılması

mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Psixologiya

26-30

C və ya B

3 və ya 4

 

Riyaziyyat

26-30

C və ya B

3 və ya 4

 

Sənaye mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Sənayenin təşkili və idarə olunması

26-30

C və ya B

3 və ya 4

 

Sistem mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

 

Sosiologiya

26-30

C və ya B

3 və ya 4

 

Turizm və otelçilik

25-28

C və ya B

3 və ya 4

 

Aqronomluq

25-28

C və ya B

3 və ya 4

 

Hüquqşünaslıq

30-34

C və ya B

3 və ya 4

 

Memarlıq

25-28

C və ya B

3 və ya 4

Burada “müvafiq üç imtahan fənni” dedikdə I-IV ixtisas qrupları üzrə müəyyən olunmuş imtahan fənləri nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: