Qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçmək istəyən abituriyentlərin nəzərinə

A- A A+

Abituriyentlər bədən tərbiyəsi və idman istiqamətinə aid qabiliyyət imtahanının 60, 61 və 62-ci komissiyaları üzrə iyunun 20-dən 28-dək Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçə bilərlər.

Dövlət İmtahan mərkəzindən NUHÇIXAN-a bildirilib ki, bədən tərbiyəsi və idman istiqamətinə aid digər komissiyalar üzrə qeydiyyat iyunun 20-dən iyulun 3-dək aparılacaq.

Xüsusi qabiliyyət imtahanlarının cari il üçün müsabiqə şərtlərinə əsasən:

-60 və 61-ci komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin nəticələri qeydiyyatdan keçdikləri halda biri digərinə və 62-ci komissiyaya da;

-78-ci komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda 79-cu komissiyaya da;

-84-cü komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda 85-ci komissiyaya da şamil edilir.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə regionlarda fəaliyyət göstərən 65 və 66-cı komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda biri digərinə şamil edilir.

Bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ümumi fiziki hazırlıq imtahanı üzrə normativlərlə DİM-in saytında tanış ola bilərlər.

Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə qeydiyyatdan keçə bilər. Ümumilikdə, abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: