Subbakalavrların nəzərinə:"Abituriyent"in xüsusi buraxılışında faydalı məlumatlar təqdim olunub

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib.

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, xüsusi buraxılışda “2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı “İxtisas uyğunluğu cədvəli ” və digər faydalı məlumatlar təqdim olunub. Qəbul aparılan ixtisasların uyğunluğu DİM ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.

Jurnalı iyunun 21-dən etibarən DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: