2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmuş bakalavrlar qeydiyyatdan keçməlidirlər.
Akademiyadan NUHÇIXAN-a bildirilib ki, magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 27-dən iyulun 10-na qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkimedilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;
- 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;
- Təhsil haqqından azad olmaq hüququna malik olanlar üçün müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.