2019/2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı başlayır.
Aİİ-dən NUHÇIXAN-a bildirilib ki, qeydiyyat iyunun 27-dən iyulun 10-dək aparılacaq.
İnstitutun magistraturasına qəbul olanlar şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 18:00-dək Azərbaycan İlahiyyat İnstitutuna aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
2. Əvvəlki illərin məzunları üçün diplomun əsli və surəti, cari ilin məzunları üçün təhsil aldıqları ali təhsil müəssisəsindən ixtisasın tam kursunu müvəffəqiyyətlə başa vurması haqqında arayış;
3. Hərbi biletin əsli və surəti;
4. Tərcümeyi hal;
5. 4 ədəd 3X4 sm ölçülü fotoşəkil;
6. Sağlamlıq haqqında arayış.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar institutun magistr tələbələri sırasına daxil edilməyəcəklər.