AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclisin Toponimika Komissiyasının daimi üzvü, professor Qara Məşədiyevin həyat və yaradıcılığına həsr olunmuş “Adlıq cümlələrdən adlara doğru” xatirələr kitabı çap olunub.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, nəşrə Qara Məşədiyevin 80 illik yubileyi ilə bağlı yazılmış məqalələr və alimin əsərlərinin siyahısı daxil edilib. Kitabın elmi məsləhətçisi akademik Möhsün Nağısoylu, tərtibçisi və redaktoru isə dosent Təhminə İsmayılovadır.
Qeyd edək ki, Qara Məşədiyev 2008-ci ildən Milli Məclisin Toponimika Komissiyasının daimi üzvüdür. O, 13 monoqrafiyanın, 150-dən çox elmi əsərin müəllifidir.