Dövlət İmtahan Mərkəzi məzunlar üçün imtahanlar keçirir

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilir.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunan imtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb.

İmtahanlarda 6461 (Bakıda 1814, Naxçıvanda 336, Gəncədə 718, Şəkidə 300, Zaqatalada 9, Balakəndə 11, Qaxda 68, Bərdədə 788, Göyçayda 444, Şirvanda 724, Lənkəranda 796, Xaçmazda 453) nəfərin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına 21 ümumi imtahan rəhbəri, 50 imtahan rəhbəri, 536 nəzarətçi-müəllim, 45 buraxılışı təşkil edən əməkdaş, 21 bina nümayəndəsi ayrılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: