Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 1-nə olan kosmik hava durumunu açıqlayıb.
NUHÇIXAN-ın məlumatına görə, iyulun 1-dən 3-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2,3). Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağı qiymətləndirilir.