Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2019-cu ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, Komissiya tərəfindən 2019-cu ilin 6 ayı ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 5 qərarı ləğv etdirilib.
Komissiyanın sədri həmçinin ötən dövrdə Komissiya tərəfindən görülən işlər barədə geniş məlumat verib.
Sonra Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər.
Sonda kollegiya iclasına Komissiyanın sədri İsmayıl Qəribli yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb.