Astronomiya tarixində daha bir sirli radioparıltı qeydə alınıb

A- A A+

Astronomlar kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar.

Kosmosun müşahidəsinin tarixində ikinci dəfədir ki, tədqiqatçılar sürətli radioparıltının – bir millisaniyə ərzində Günəşin 100 il müddətində ayırdığı qədər enerji şüalandıran ifratqısa partlayışın yerini təyin edə biliblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat https://www.astronews.ru/ saytında yer alıb. Məlumatda bildirilir ki, daha əvvəl qeydə alınmış FRB 121102 adlandırılan radioparıltı təkrarlanan radioparıltıların nadir növünə aiddir. Yeni kəşf olunan radioparıltı isə aid olduğu sinfin böyük əksəriyyəti kimi təkdir.

Avstraliyada Elmi və Tətbiqi Araşdırmalar Milli Assosiasiyasından yeni tədqiqatın əsas müəllifi olan Kit Bannister “Bu sürətli radioparıltıların öyrənilməsində böyük addımdır”, - deyib.

Yeni parıltıya FRB 180924 adı verilib.

FRB 121102 və FRB 180924 radioparıltılarının müqayisəsi birincinin öz qalaktikasının mərkəzi qara dəliyinin ətrafında, ikincinin isə öz qalaktikasının mərkəzindən kənarda baş verdiyini göstərib.

Müəlliflər bu tədqiqatla bağlı alınan məlumatların sürətli radioparıltıların təbiətini başa düşməyə imkan verəcəyini bildirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: