Naxçıvanda müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilib

A- A A+

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 3 iyul-5 avqust 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər

Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək komissiyaya təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər komissiyaya gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: