Klinik qastroenterologiyaya dair Azərbaycan dilində ilk dərs vəsaiti çapdan çıxıb

A- A A+

Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının əməkdaşlarının müəllifliyi ilə “Klinik qastroenterologiya” kitabı çapdan çıxıb. Bu, klinik qastroenterologiyaya dair Azərbaycan dilində nəşr olunan ilk dərs vəsaitidir.

Universitetin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, kafedranın professoru Vəsadət Əzizovun redaktorluğu və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının professoru İsax Mustafayevin rəyçiliyi ilə çap olunan həmin dərs vəsaitində yemək borusu, mədə və bağırsaq xəstəliklərinin klinikası, diaqnostikası və müasir müalicə üsulları barədə geniş məlumat verilib.

Kitabda müəlliflər klinik qastroenterologiyaya aid fizioloji, morfoloji, diaqnostik, müalicəvi və profilaktik materialları müasir səviyyədə, kompleks şəkildə işləyərək maksimum dərəcədə aydın və rasional formada, o cümlədən bu sahədəki son nailiyyətlərə və individual təcrübəyə əsaslanaraq təsvir ediblər.

Altı fəsildən və 365 səhifədən ibarət olan kitab qastroenteroloqlar, terapevtlər, gənc həkimlər, rezidentlər, ordinatorlar və digər tibb mütəxəssisləri üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: