Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2019-cu il üçün 2-ci nömrəsi işıq üzü görüb.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, “Elm” nəşriyyatında çapdan çıxan jurnalın bu nömrəsində Azərbaycan, rus, ingilis və türk dillərində yerli alimlərlə yanaşı, Türkiyə, Rusiya, Çin, Yaponiya və Albaniya alimlərinin məqalələri də yer alıb.
“Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur.