DİM Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən rus bölməsi abituriyentlərinə müraciət edib.
Dövlət İmtahan Mərkəzindən mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən (1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş), lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən abituriyentlər günün sonunadək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri də (22 aprel 2018-ci il tarixində keçirilmiş “Azərbaycan dili” imtahanından "qeyri-məqbul" qiymət alan və ya imtahanda iştirak etməyən) ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.