NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2019-cu ildə təşkil olunan “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə” 3-cü qrant müsabiqəsi başa çatıb. Müsabiqənin Naxçıvan Muxtar Respublikası üzrə qalibi “İnnovativ müəllimlər” adlı layihə ilə Şərur rayon Kamil Qafarov adına Yengicə kənd tam orta məktəbinin tarix müəllimi Elmin Əsgərov olub. 11 illik pedaqoji təcrübəyə malik tarix müəlliminin layihəsində məqsəd xüsusi təlimlərin köməyi ilə kənd məktəblərində müəllim və şagirdlərin İKT üzrə biliklərinin, vərdişlərinin, praktiki bacarıqlarının daha da artırılmasıdır.