Türkiyəli elm adamları Naxçıvandan xoş təəssüratla ayrılıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türkiyənin İğdır Universitetinin saytında bu günlərdə elm adamlarının Naxçıvana səfəri ilə bağlı yazı yer alıb. Yazıda İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və müəllimləri, həmçinin Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər və bir qrup alimin iştirakı ilə muxtar respublikada maraqlı görüşlərin olduğu vurğulanır. Qeyd olunur ki, elm adamları Naxçıvan Günəş Elektrik Stansiyasını gəzib, buranın iş prinsipi ilə tanış olublar. Sonra Duzdağ Fizioterapiya Mərkəzini, Naxçıvan şəhərinin tarixi abidələrini gəzən qonaqlar muxtar respublikadan xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.