Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq üçün 10 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib

A- A A+

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Hazırda 10176 subbakalavr elektron ərizəsini təsdiq edib. Ərizələrin sayına əsasən daha çox mühasibat uçotu (931 nəfər), maliyyə işi (564 nəfər), ibtidai sinif müəllimliyi (528 nəfər), yol hərəkətinin təşkili (399 nəfər) ixtisaslarını bitirən subbakalavrlar qeydiyyatdan keçib. Digər ixtisaslar üzrə ərizələrinin sayı ilə DİM-in saytındakı cədvəldə tanış olmaq mümkündür.

Müsabiqədə iştirak ödənişsizdir.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: