Naxçıvanda yeni uşaq bağçası tikilir

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Zəroş Həmzəyeva küçəsindəki 4 nömrəli binada əsaslı təmir aparılır. Binanın fasadı  üzlənir, pəncərələr dəyişdirilir. Bundan başqa şəhərdə yeni uşaq bağçası da tikilir. Zirzəmi ilə birlikdə  4 mərtəbədən ibarət olan uşaq  bağçası 200 yerlikdir.  Aşağı qatda qazanxana, soyuducu və ərzaq anbarları, mətbəx, 2 əyləncə zalı yaradılacaq. Digər mərtəbələrdə yataq otaqları, yeməkxana, metodiki kabinələr, tibb otağı, uşaqların əyləncə və istirahəti üçün xüsusi yerlər olacaq.

Tikilən və ya əsaslı təmir olunan hər bir obyektin həyəti də abadlaşdırılacaq.

                                                         Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: