Dövlət İmtahan Mərkəzi (DİM) bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.
NUHÇIXAN xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq.
Bu gün, həmçinin hərbi liseylərə, Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirilir.
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları isə saat 11:00-da başlanacaq.
İmtahanlarda ümumilikdə 2357 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına 18 imtahan rəhbəri, 184 nəzarətçi ayrılıb.