İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
NUHÇIXAN-ın məlumatına görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.