Avropa və Rusiya alimləri yeni elementar hissəciklər kəşf ediblər

A- A A+

Avropa və Rusiya alimlərindən ibarət tədqiqat qrupu yeni elementar hissəcik kəşf ediblər. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, materiyanın daşıyıcısı olan elementar hissəciklərinin iki yeni növünün tapılması barədə məlumatı Rusiya Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunun mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, CERN-də (Avropa Nüvə Tədqiqatları Mərkəzi) LHCb hissəcikləri üzrə çalışan birgə tədqiqat qrupu iki yeni aktiv baryonu aşkar ediblər. Onların lyamda-6 baryonunun (1D) və ya siqma-6 baryonunun hissəcikləri olduğu ehtimal edilir. Əldə olunan nəticə nüvə fizikasında kvark modelini dəqiqləşdirməyə, kvarkların digər hissəciklər – adronlardan əmələ gəlməsi prosesini daha aydın təsəvvür etməyə imkan verəcək. Alimlər bildirirlər ki, hazırda kvark modeli fundamental səviyyədə hazırlanıb və onların hansı riyazi qanunlara tabe olması dəqiqləşdirilib. Lakin kvarkların çəkisi, mövcud olma müddəti və dağılması ehtimalları hələ də elmə məlum deyil.

Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) elmi işçisi Anton Poluetkov deyib: “Müşahidə məlumatları elmi fərziyyələrdən daha azdır. Bu səbəbdən yenilik doğuran hər bir elmi müşahidənin nəticəsi nüvə fizikasında əlamətdar hadisədir”. Onun sözlərinə görə, hissəciklərin baryon vəziyyəti ilə bağlı eksperimental məlumatlar daha azdır. Lakin yeni kəşfin elmi əsaslandırılması üçün yeni hissəciklərin kvant hesablaması aparılmalı, onların izotop gövdəsi öyrənilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: