Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, iyulun 15-dən 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Maqnit qasırğasının yaranması ehtimalı iyulun 15-16-da 10 faizdən, iyulun 17-də isə 5 faizdən aşağı qiymətləndirilir.