Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə Mərkəzin saytında tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28-i imtahanda iştirak etməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: