“Musiqi sənəti” istiqamətli ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

A- A A+

“Musiqi sənəti” istiqaməti üzrə tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən 33, 34 və 39-cu komissiyaların ikinci, 38-ci komissiyanın birinci imtahanı olan “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək. Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, bu imtahanın Bakı şəhəri üzrə 47 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulur.

İyulun 23-də “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən keçiriləcək test imtahanının vaxtı saat 10:00-dan 12:00-a dəyişdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: