“Vikipediya”da elm və mədəniyyət xadimləri haqqında məqalələr yaradılıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da müxtəlif mövzularda məqalələrin yaradılması davam edir.

MEK-dən NUHÇIXAN-a bildirilib ki, vikikönüllülər tərəfindən “Vikipediya”da elm və mədəniyyət xadimləri haqqında məqalələr yaradılıb və əsaslı redaktə olunub. Azərbaycanlı sosioloq, tarixçi, dilçi alim Əhməd Yəzdani, kimyaçı alim, professor Minirə Ağahüseynova, professor Rauf İsrafilov, Qarabağ döyüşlərinin iştirakçısı Zamiq Əsgərov, şair Hüseyn Nadim Naxçıvani, ədəbiyyatşünas, tərcüməçi Cəlil Nağıyev, İmadəddin Nəsiminin heykəli (Kiyev), Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqqında məqalələr yaradılıb.

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov, tənqidçi, ədəbiyyatşünas Kamal Talıbzadə, dramaturq Qurban Musayev, müəllim, maarifçi qadın Xədicə Ağayeva, yazıçı, tərcüməçi və nasir Cahanbaxş Cavadzadə haqqında məqalələr isə əsaslı redaktə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: