Hüquq sahəsində çalışan şəxslər üçün yeni metodik vəsait çap edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “İnsan hüquqları sahəsində milli fəaliyyət fənni üzrə” adlı yeni metodik vəsait işıq üzü görüb. Metodik vəsaitin müəllifi Culfa rayon prokuroru, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Qalib İsmayılov, rəyçiləri isə Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimləri Tural Hüseynov və Əli Qədimovdur.

Naxçıvan Dövlət Universiteti Elmi Şurasının iclasının müvafiq qərarı ilə çap olunan metodik göstəriş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirilmiş milli fəaliyyətin nəzəri cəhətdən öyrənilməsi, habelə insan hüquqları sahəsində qəbul edilmiş milli qanunvericilik aktlarını dərindən mənimsəməsi ilə bağlıdır.

“İnsan hüquqları sahəsində milli fəaliyyət fənni üzrə” metodik göstəriş hüquq sahəsində çalışan şəxslərin, həmçinin universitetlərdə bu fənnin tədrisi ilə məşğul olan müəllimlərin, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan magistrlar üçün nəzərdə tutulur.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: