İngiltərə alimləri səsi aydın ötürən qulaq implantatı hazırlayıblar

A- A A+

İngiltərənin Qrinviç Universitetinin alimləri eşitmə qabiliyyəti az olan insanlar üçün unikal implantat hazırlayıblar. İmplantat eşitməni demək olar ki, 100 faiz təmin edir.

NUHÇIXAN meddaily.ru saytına istinadla xəbər verir ki, yeni implantat ətraf mühitdən gələn səsləri laylar üzrə yazır. Bu, səsli informasiyanı ayırd etməyə imkan verir. Sistemin işləməsi üçün mikrofon qulaq arxasına, əsas qurğu isə kəllə daxilinə yerləşdirilir. Kənardan gələn səslər eşitmə sinirinə birbaşa qoşulmuş daxili qurğuda qeydə alınır və ötürülür. Bu sinir səs siqnallarını beyinə yollayır. Nəticədə maksimal təmiz səs alınır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: