“Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsinin elektron versiyası hazırlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, jurnalda rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim olunub.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür (http://eservices.dim.gov.az/ejurnal/).