Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçiriləcək.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, “Ərtoğrol Cavid - 100” mövzusunda konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək elmi məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
- Kağızın formatı - A4, Word redaktorunda;
- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- həcmi - 5 səhifədən çox olmamalıdır;
- şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- istinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.