Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, dahi dramaturq və şair Hüseyn Cavidin 137 illiyinə həsr olunan konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək elmi məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
-Kağızın formatı - A4, Word redaktorunda;
-Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
-Müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- Məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.