İxtisas seçimi davam edir: 5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

A- A A+

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, bu gün saat 12:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 1621, II ixtisas qrupu üzrə 1071, III ixtisas qrupu üzrə 1316, IV ixtisas qrupu üzrə 476 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 714 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: